Ermənistanda QHT nümayəndəsinin meyiti tapılıb

Ermənistanda QHT nümayəndəsinin meyiti tapılıb

1 Aprel 2016 17:12
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanda "Məlumatlı vətəndaşların birliyi" adlı təşkilatın eksperti, hüquqşünas Karen Vardanyanın meyiti tapılıb.

apa-nın "kavkasia.net" saytına istinadən verdiyi xəbərə görə, bu barədə İrəvan polisinin mətbuat xidməti məlumat yayıb.

K. Vardanyanın meyiti qarajda gizlədilib. Bir neçə gün əvvəl polis sözügedən şəxsi itkin düşmüş elan edərək axtarışa verib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində martın 31-də Artur Miqranyan və Qevork Zoqrabyan şübhəli şəxs qismində saxlanılıblar. Onların martın 17-də K. Vardanyana küt alətlə çoxsaylı zərbələr endirərək öldürdükləri məlum olub. Sonra həmin şəxslər K. Vardanyanın meyitini Q. Zoqrabyana məxsus qarajda gizlədiblər.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az