Ucarda 17 yaşlı gəlinin toy gecəsi bəy tərəfindən öldürülməsinin səbəbi bəlli oldu

Ucarda 17 yaşlı gəlinin toy gecəsi bəy tərəfindən öldürülməsinin səbəbi bəlli oldu

18 Mart 2016 12:01
Bəyəndim (0) Bəyənmədim (0)
Xoşqədəm Hidayətqızı ata ilə balanı bir-birinə qovuşdurdu, amma...

Ucarda öldürülən gəlin Səbinə Rəhimovanın qətlinin təfərrüatı məlum olub.

17 yaşlı Səbinə Rəhimova Rusiyada anadan olub və orada yaşayıb.

Onun anası da milliyətcə rus olub. Anası vəfat etdikdən sonra internat məktəbində qalan qız sonradan Xoşqədəm Hidayətqızının verilişi vasitəsi ilə atasını tapıb. Bundan sonra təxminən 1 il əvvəl atası onu Rusiya Federasiyasından Azərbaycana gətirib. Ucar rayonununda Ramil Nəsirov adlı bir oğlanla tanış olub və ailə qurub.

Dünən baş tutan toy gecəsi Ramil Nəsirov Səbinə Rəhimovanın bakirə olmamasını iddia edərək onu yataqda qətlə yetirib. Bu zaman yataq otağından çölə çıxan Ramil yengənin gözləməsini xahiş edib. Təxminən 10 dəqiqə sonra yengə otağa girən zaman gəlinin al qan içərisində olduğunu görüb. O, gəlini xüsusi amansızlıqla qətlə yetiribmiş. Ağır yaralanmış gəlini xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır. (femida)

Mediainfo.az