Yevlaxda 86 yaşlı qadın tamah üstündə qətlə yetirilib

Yevlaxda 86 yaşlı qadın tamah üstündə qətlə yetirilib

18 Mart 2016 12:04
Bəyəndim (0) Bəyənmədim (0)

Yevlaxda 4 gün əvvəl törədilən qətlin üstü açılıb. Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində Kəlbəcər rayon sakini, 1930-cu il təvəllüdlü Maral Nəsibovanı qətlə yetirən şəxsin Yevlax şəhər sakini, 1991-ci il təvəllüdlü Aqil İsmayılov olması müəyyən edilərək tutulub.

Qeyd edək ki, martın 14-də 86 yaşlı Maral Nəsibovanın küt alətlə qətlə yetirilmiş meyiti yaşadığı Yevlax şəhəri 32-ci məhəllə ev 4 mənzil 32-də aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır. İlkin versiyaya görə, qətl tamah üstündə baş verib.

Mediainfo.az