Sevdiyi qızı 15 bıçaq zərbəsi ilə öldürən oğlana hökm oxundu - 19 il həbs!

Sevdiyi qızı 15 bıçaq zərbəsi ilə öldürən oğlana hökm oxundu - 19 il həbs!

17 Mart 2016 13:08
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevdiyi qızı qətlə yetirən 1990-cı il təvəllüdlü Babək Əliyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə B.Əliyev 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2015-ci ilin oktyabr ayında baş verib. 1990-cı il təvəllüdlü Babək Əliyev İlahə Yusubovanı qətlə yetirib. O, istintaqa ifadəsində bildirib ki, dəfələrlə tanışı İ.Yusubovaya evlilik təklifi edib, lakin heç vaxt qarşılıq almayıb. Keçən il oktyabrın 29-da B.Əliyev sevdiyi qızı metronun "Qara Qarayev" stansiyasının yaxınlığına görüşə çağırıb. Növbəti dəfə rədd cavabı alan B.Əliyev İ.Yusubovanı yerə yıxaraq ona 15 dəfə bıçaq zərbəsi endirərək xüsusi amansızlıqla qətlə yetirib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Mediainfo.az