
Tovuzda mal-qara oğurluqları törətmiş bir qrup şəxs tutulub
Tovuz RPŞ və Ağstafa RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin mart, may, aprel və avqust aylarında Asif Əliyevin 13 baş, Rəhim Ələsgərovun 12 baş və Fərman Rəhimovun 16 baş qoyunlarını oğurlamış, Tovuz rayon sakinləri İntiqam Səmədov, Tofiq Əlişov, Sabir Ağabalayev və Ağstafa rayonunun Köçəsgər kəndində çoban işləyən Abşeron rayon sakini Musa Əliyev tutulub. Oğurluğu törətmiş şəxslərin hər birinin əvvəllər də məhkum olduğu bildirilir.
Asan yolla pul qazanmaq istədilər. Daha da çətinə düşdülər.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər