Oğru əmioğlular tutuldu (FOTO)
Qohumlar əldə etdikləri qənimətləri Ramana qəsəbəsində satıblar. Malların qiymətinin ucuz olması alıcılarda şübhə yaradanda Etibar həmin malları Dağıstandan gətirmələri ilə izah edib
Sumqayıt polisi Novxanı bağlar massivində 10 evdən oğurluq etməkdə şübhəli bilinən iki əmioğlunu saxlayıb.
Sumqayıt şəhər Polis İdarəsinə Novxanı bağlar massivində yaşayan vətəndaşlar ərizə ilə müraciət edərək, onlara məxsus bağ evlərinin naməlum şəxslər tərəfindən qarət olunması ilə bağlı məlumat veriblər. Hüquq mühafizə orqanı əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən iki əmoğlu - Novxanı qəsəbə sakini 20 yaşlı Ehtiram Əliyev və Etibar Əliyev saxlanılıb. Maraqlı məqamlardan biri isə odur ki, saxlanılan şəxslər özləri də Novxanı bağlar massivində yaşayır. Ehtiramın sözlərinə görə, sözügedən ərazidə mənzillərinə daxil olduqları şəxlərin qış fəslində paytaxtda yaşadıqlarını qabaqcadan müəyyənləşdiriblər. Oğruların hədəfi mühafizə olunmayan evlərdən oğurluq etmək olub. Onlar əsasən kombi aparatları, televizorlar və soyuducular oğurlayıblar.
Mediainfo.az
Qohumlar əldə etdikləri qənimətləri Ramana qəsəbəsində satıblar. Malların qiymətinin ucuz olması alıcılarda şübhə yaradanda Etibar həmin malları Dağıstandan gətirmələri ilə izah edib. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin "Oğurluq" maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.