Vidadi Bərdəlinin oğlu (?) pula görə adam öldürdü
Faktla bağlı cinayət işi açılıb
Bu gün Bərdə rayonunda qətl törədilib. Hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumata görə, rayonun Alaçadırlı kəndində 1990-cı il təvəllüdlü Allahverdiyev Tural Vidadi oğlu tanışı, 24 yaşlı Məkan İsmayılovu bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı cinayət işi açılıb. Hadisənin borc pul üstündə baş verdiyi bildirilir.
Qətl törədən T.Allahverdiyev bir müddət əvvəl vəfat etmiş tanınmış müğənni Vidadi Bərdəlinin oğludur.
Lent.az-ın əməkdaşı xəbəri dəqiqləşdirmək üçün V.Bərdəlinin qızı Aytac Vidadiqızı ilə əlaqə saxlayıb. A.Vidadiqızı Tural adlı qardaşının olmadığını bildirsə də, Bərdə rayon Polis Şöbəsindən qətl törədən 26 yaşlı Allahverdiyev Tural Vidadi oğlunun məhz mərhum müğənni Vidadi Bərdəlinin oğlu olduğunu təsdiqləyiblər.
Məlumata görə, T.Allahverdiyev mərhum müğənni Vidadi Bərdəlinin qeyri-rəsmi nikahdan olan oğludur. Qeyri-rəsmi nikahdan doğulmasına baxmayaraq Vidadi Bərdəli oğlunun sənədində öz adının qeyd edilməsinə razılıq veribmiş.
Mediainfo.az