Bank müdirinin qatilllərinin məhkəməsi başlayıb
"Zaminbank"ın filial müdiri Azər Məmmədovu öldürməkdə təqsirləndirilən Sənan Quliyev və Mövlud Səfərovun vəkilləri Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər.
Vəkil Cavid Rzazadə bildirib ki, müdafiə etdiyi Mövlud Səfərova 20 il, digər təqsirləndirilən Sənan Quliyevə isə ömürlük həbs cəzası verilib.
S.Quliyevin vəkili Vasif İsrafilov da hökmdən şikayət verib.
Zərərçəkmişlərdən biri Ruslan Əfəndiyev vəkillərin apellyasiya şikayətinə etiraz verib. Bakı Apellyasiya məhkəməsi vəkillərin şikayətini təmin edib. İşə hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq. C.Rzazədə qeyd edib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin protokolları ilə tanış olarkən çolxu pozuntular olduğunu aşkar edib və bunları apelyyasiya şikayətində qeyd edib.
Xatırladaq ki, ötən ilin aprelin 21-də "Avropa" otelinin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən 3 bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A. Məmmədov aldığı bıçaq xəsarətdən hadisə yerində ölüb. Hadisəni törədən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev və onun dostu Mövlud Səfərov tutulub. S.Quliyev və M.Səfərov Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 120.2.1, 120.2.2, 120.2.3, 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3 və 29,120.2.7-ci maddələri ilə ittiham ediliblər.
Mediainfo.az