Balakəndə 23 yaşlı oğlanı bıçaqlayan şəxs axtarışdadır

Balakəndə 23 yaşlı oğlanı bıçaqlayan şəxs axtarışdadır

11 Mart 2016 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 03.00 radələrində Balakən rayonunun Gərəkli kənd sakini, 1993-cü il təvəllüdlü Vüsal Eyvaz oğlu Mustafayev çoxsaylı bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. V. Mustafayevin sağ bel nahiyəsindən, sol döşündən kəsilmiş və daxilə nüfuz edən, sağ əl pəncəsindən isə kəsilmiş bıçaq yarası aldığı müəyyənləşib. Dərhal əməliyyat olunan gənc reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə rayonun "Qabaqçöl" adlanan ərazisində baş verib. Hazırda Balakən RPŞ-nin əməkdaşları V. Mustafayevin hansı şəraitdə və kim tərəfindən bıçaqlanmasının detalları araşdırılır.

Mediainfo.az