8 Martda ölüm xəbəri gəldi

8 Martda ölüm xəbəri gəldi

9 Mart 2016 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Ağdaş rayonunun Pirəzə kənd sakini, 1976-cı il təvəllüdlü Əliyev Xəlifə Əliyar oğlunun 11 gün əvvəl itkin düşməsi barədə Ağdaş rayon Polis Şöbəsi tərəfindən axtarış elan olunub.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onun meyiti martın 8-də axşam saatlarında Kür çayının sahil zolağında yerləşən meşə massivindən tapılıb.

X. Əliyevin cəsədi ağacdan iplə asılmış vəziyyətdə tapılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirib. Cəsəd müayinə olunmaq üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə aparılıb.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Mediainfo.az