Qatilə 19 il həbs oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Camal Kərimovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Hakim Mahmud Nəbiyevin sədrliyi ilə keçiirlən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə K.Camalov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, K.Camalov Cinayət Məcəlləsinin 120.2.4-cü(xüsusi amansızlıqla qətl, qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.
Mediainfo.az
Digər xəbərlər