
Lerikdə soyğunçuluq etmiş bir qrup şəxs tutulub
Avqustun 4-də saat 17.00 radələrində Lerik rayonunun Xəlifəküçə kəndi ərazisində, "VAZ-2106" markalı avtomaşında olan 3 naməlum şəxs, Lerik şəhərindəki qızıl mağazasının sahibi Məhləband kənd sakini Nazim Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşını saxlayıb, tapança və bıçaqla onu hədələyərək, avtomaşındakı 10.000 manat dəyərində qızıl əşyalarını, 600 manatını və mobil telefonunu ondan alıb, hadisə yerindən getdikdən sonra Lənkəran-Lerik yolunun 25-ci km-də avtomaşınlarını maneəyə vurduqlarından, düşərək getmişlər. Lerik RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Orxan Qasımov, Amil Quliyev və Asim Cəfərov tutulmuş, onlardan silah qismində istifadə etdikləri bıçaq və oyuncaq tapança götürülmüşdür.
Asan yolla pul qazanmaq istədilər, daha da çətinə düşdülər.
Tofiq Əliyev
O.M.