SON DƏQİQƏ! Vətəndaş özünü yandırmaq istəyir! YENİLƏNİB VİDEO

SON DƏQİQƏ! Vətəndaş özünü yandırmaq istəyir! YENİLƏNİB VİDEO

5 Fevral 2016 11:20
Bəyəndim (0) Bəyənmədim (0)
"Qələbə" dairəsinə gedən yolda tıxac yaranıb

Bu gün səhər saatlarında Nəqliyyat Nazirliyinin yaxınlığındakı körpüdə Azərbaycan bayrağına sarılan 40-45 yaşlı bir kişi özünə qəsd etməyə çalışıb. O, plastik qablara doldurduğu benzini boğazına keçirərək əlində tutduğu alışqanla özünə od vuracağını söyləyib.

Yasamal Rayon İdarəsinin əməkdaşları intihar etmək istəyən şəxslə söhbət aparıb və o, intihar etmək fikrindən daşınaraq, aşağı enməyə razı olub.

İntihara cəhd edən şəxs Dönməz Məmmədov adlı sahibkardır. Bildirilir ki, iş adamı probleminin NN ilə bağlı olduğunu deyib. Hazırda nazirliyin məsul şəxsləri onunla görüşürlər.

saat 10:30

Nəqliyyat Nazirliyinin yaxınlığındakı körpüdə Azərbaycan bayrağına sarılan 25-30 yaşlı bir kişi özünə qəsd etməyə çalışır. Plastik qablara doldurduğu benzini boğazına keçirən şəxs əlində tutduğu alışqana özünə od vuracağını söyləyir. Səbəb dəqiqləşdirilir. İlkin versiyaya görə, o,banklara borcu olduğu üçün canına qıymağa çalışır.

Yasamal Rayon İdarəsinin əməkdaşları ərazini əhatəyə alıblar. Hətta media işçiləri belə yaxınlığa buraxılmır. Bu səbəbdən də körpünün üstündə hərəkət məhdudlaşdırılıb.

Məsələyə qayıdacağıq.

Murad Şahməmmədov