"İki təkər" vurğunları həbs olunacaqlar

"İki təkər" vurğunları həbs olunacaqlar

2 Avqust 2011 12:59
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhər Dövlət Yol Polis İdarəsindən (BŞDYPİ) "Avtoş"lara daha bir xəbərdarlıq. Azərbaycanda ikinci dəfə avtoxuliqanlıq etdiyi üçün saxlanılan şəxs həbs olunacaq. Məlumata görə, bu sözləri jurnalistlərə açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov bildirib. Onun sözlərinə görə, ikinci dəfə polisin xəbərdarlığına məhəl qoymadan yol hərəkəti qanununu pozan sürücülər nəinki sürücülük hüququndan məhrum olacaq, hətta həmin şəxslər həbs oluna bilər. Bundan başqa, idarə rəisi avtoxuliqanlığa qarşı mübarizədə cəmiyyətin yol polisi ilə birlikdə əməkdaşlıq etmələrinin də vacib olduğunu bildirib.

Az qala inanmağım gəldi. Vəzifə adamlarının uşaqları da sürət həvəskarları olurlar axı...

Günel Həbib

O.M.