"1500 nəfərin ölüm əmrini mən vermişəm"

"1500 nəfərin ölüm əmrini mən vermişəm"

2 Avqust 2011 12:31
Bəyəndim (0) Bəyənmədim (0)
Meksikanın narko-baronu yaxalandı

Xəbər verdiyimiz kimi, Meksikanın Ciudad-Juarez şəhərində narkotik mafiyasının "El Diyeqo" ləqəbli baronu Xose Antonio Akosta Hernandez sonunda yaxalandı. Eks polis olan 33 yaşlı Hernandez ölkənin şimalında Meksika polisi tərəfindən cangüdəni ilə birlikdə ələ keçirildi. El Diyeqo ilk sorğu-sualında 1500 nəfərin öldürülməsinə məhz özü əmr verdiyini etiraf edib. Səlahiyyətlilər onun "La Liena" adlı keçmiş polis və kirayə qatillərdən ibarət olan bir qrupun başında olduğunu və bu qrupun da narkotik mafiyasına işlədiyini təxmin edirlər. Hernandezin polislə olan bağlantısı sayəsində gizli bilgilər aldığına dair şübhələr var. Mütəxəssislərə görə, narkotik baronu yaxalanıbsa, cinayətlərin işləndiyi bu şəhərdə (ötən il 3 min insan öldürülmüşdü) cinayətlərin sayı azalacaq. Akostanın ən vəhşi hücumu 2010-cu ilin dekabr ayında olmuş, narkotiklə heç bir bağlantısı olmayan 15 gənc partidə can vermişdi.

Yaxşı ki, biz kriminal xəbərin obyekti deyilik, mən yazanıyam, siz oxuyanı...

Günel Həbib

O.M.