Qatil yenidən məhkəməyə şıxarılır

Qatil yenidən məhkəməyə şıxarılır

29 Dekabr 2015 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Apellyasiya Məhkəməsində Aytac Babayevanı öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı İzzət Hüseynovun barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 12-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə İ.Hüseynov 20 il müddətinə azadlıqdan məhrum edilib. A.Babayevanın anası isə ona ömürlük həbs cəzası verilməsini istəyib. Qərardan narazı qalan İ.Hüseynov apellyasiya şikayəti veribr.

Xatırladaq ki, bu il aprel ayının 29-da Nizami rayonunun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı - 1998-ci il təvəllüdlü, 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olan Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib. İ.Hüseynov 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Mediainfo.az