Dələduz məhkəmə zalında azad olundu

Dələduz məhkəmə zalında azad olundu

23 Dekabr 2015 16:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Qurban Kazımovun cinayət işi üzrə məhkəməsi başa çatıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Şəkər Məmmədova sədrlik edib. Posesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Q.Kazımova şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, bu il Sabunçu Rayon Polis İdarəsi 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Kazımov tutulub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

İnarə