Dost qatilinə hökm oxunub

Dost qatilinə hökm oxunub

22 Dekabr 2015 17:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xəyal Şabanzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə X. Şabanzadə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin iyul ayında Hövsan qəsəbəsində Ağayev Əyyar Qubad oğlu qətlə yetirilib. Hadisəni onun dostu X. Şabanzadənin törətməsi müəyyənləşib və o, saxlanılıb.

Mediainfo.az