Həmkəndlisini güllələyib polisə təslim oldu

Həmkəndlisini güllələyib polisə təslim oldu

18 Dekabr 2015 14:26
Bəyəndim (0) Bəyənmədim (0)

Həmyerlisini güllələyən Ağdam sakini polisə təslim olub.

DİN saytının verdiyi məlumata görə, dekabrın 17-də Tərtər rayonunun İsmayılbəyli kəndində Ağdam rayon sakini Nabil Aslanov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmkəndlisi Anar Aslanova xəsarət yetirib. N.Aslanov könüllü olaraq, Tərtər rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəngi də təhvil verib.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır.

Mediainfo.az