Rusiyada azərbaycanlı "qanuni oğru"ların da iştirakıyla savaş başlayıb: Öldürülənlər var
Rusiya kriminal aləminin Ded Xasandan sonrakı "xaç atası" olmağa iddialı Şakro Molodoyun (Zaxar Kalaşov) İspaniyadan qayıtmasından sonra gözlənilən "oğru savaşı"na start verilib.
Cebhe.info xəbər verir ki, Moskvada asiyalılara məxsus "Elements" restoranının qaşısında atışma baş verib və polisin ilkin məlumatına görə, atışma nəticəsində öldürülənlər Şakro Molodoyun mühafizəçiləri olub.
Hadisənin təfərrüatlarını açıqlayan mənbə bildirib ki, Moskvada Roşdelski küçəsində onlarla adamın iştirakı ilə insident baş verib. Hadisədə 5 nəfər yaralanıb ki, onlardan da ikisi xəstəxanada keçinib. İnsidentə qarışan daha 4 nəfər isə yüngül xəsarət aldıqlarına görə evə buraxılıb.
Atışmada iştirak edən digər tərəfin adamları qaçıb gizlənsələr də, çox keçmədən onlardan 3-nü yaxalamaq mümkün olub. Bunlar Pyort Şerçinsev, Eduard Budansev və Vladimir Kostriçenko olub. İnsidentin pul məsələsindən qaynaqlandığı da polis tərəfindən təsdiqlənib.
Qeyd edək ki, bundan əvvəl Şakro Molodoyun özü üçün kiçik mühafizəçi ordusu yaratdığı və ora 130 fiziki hazırlıqlı gənc cəlb etdiyi bildirilirdi. Şakro Molodoyun özünün təhlükəsizliyi ilə birbaşa 40 nəfər məşğul olur.
İspaniyadan qayıtdıqdan sonra "oğru" aləmində bir sıra dəyişikliklərə cəhd edən Şakro Molodoy bununla çox sayda rəqib qazanıb. O, hətta azərbaycanlı "qanuni oğru"lardan bir neçə nəfəri "tac"dan məhrum edib. Ancaq daha sonra bu barədə məlumatın həqiqəti əks etdirmədiyi bildirilisə də, Şakro Molodoyun xüsusilə gürcü "oğru"lar tərəfindən dəstəklənmədiyi və münasibətlərin hər gün kəskinləşdiyi vurğulanır.
Mediainfo.az

















































































.jpg)
.jpg)
.jpg)








.jpg)


