Qardaş qatili qız: “Mənimlə cinsi əlaqədə olmaq istədiyi üçün öldürdüm”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Alyona Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə istintaq başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə A. Baxışova qardaşı Baxışı onunla cinsi əlaqədə olmaq istədiyi üçün balta ilə vuraraq öldürüb. Daha sonra onun meyitini həyətdə basdırıb. Bir müddət sonra meyitin aşkar ediləcəyindən qorxaraq meyiti həmin yerdən çıxararaq hissələrə bölüb və bostanda basdırıb. Baxış Baxışovun meyiti bir müddət sonra anası və digər ailə üzvləri tərəfindən aşkar edilib.
Daha sonra A. Baxışova ifadə verib. O özünü təqsirli bildiyini deyib. Qeyd edib ki, qardaşını ona qarşı əxlaqsız hərəkətlər etdiyi üçün öldürüb.
Məhkəmə prosesi qeyri müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, Qusar rayonun Lecet kənd sakini A.Baxışova ailə münaqişəsi zəminində qardaşını qətlə yetirib. Polis əməkdaşların əməliyyat-axtarış tədbirlərini nəticəsində A. Baxışova saxlanılıb. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
Mediainfo.az

















































































.jpg)
.jpg)
.jpg)








.jpg)


