Oğurluqda tutulanın yeni cinayətləri ortaya çıxıb

Oğurluqda tutulanın yeni cinayətləri ortaya çıxıb

14 Dekabr 2015 15:36
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda silsilə oğurluq edən şəxsin yeni cinayətləri ortaya çıxıb.

Daxili İşlər Nazirliyinin saytının məlumatına görə, oğurluq etdiyinə görə tutulmuş Elimxan Alıyevin ətrafında Baş Cinayət-Axtarış İdarəsi və Suraxanı RPİ 30-cu PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 21-də Qasım Tağıyevə məxsus mağazada quraşdırılmış "E-manat" terminalından və mayın 20-də Hövsan qəsəbəsində quraşdırılanş "Milli Ön" ödəmə terminalından pul, habelə iyulun 27-də Rövşən İmanova məxsus mağazadan 200 manat və orada quraşdırılmış "Milli Ön" terminalını oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az