Bakıda yeznə vintaçanı qaynının ürəyinə soxdu
Hövsan qəsəbəsi, E.Qasımov küçəsinin həyətindəki avtomobil dayanacağında dava düşüb. Dava edənlər isə Gürcüstan vətəndaşları olan əslən azərbaycanlılar - 1989-cu il təvəllüdlü Əhmədov Rövşən Əliqismət oğlu və onun qayını Həsənov Qismət Əhliman oğlu olub. Ətrafdakı şəxslər müdaxilə etmək istəsələr də, tərəfləri sakitləşdirə bilməyiblər və 22 yaşlı R.Əhmədov vintaçanla bacısının həyat yoldaşının ürəyinə zərbə endirib. İkinci xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin kritik olduğunu bildirib. Faktla əlaqədar cinayət iş başlanılıb.
Davada qalib o şəxsdir ki, əsəblərini cilovlamağı bacarır.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər