Mal-qara oğurluğu ilə məşğul olan şəxslər tutulub

Mal-qara oğurluğu ilə məşğul olan şəxslər tutulub

27 İyul 2011 12:08
Bəyəndim (0) Bəyənmədim (0)

Ələt qəsəbəsində yerləşən otlaq sahəsindən qəsəbə sakinləri Vidadi Hüseynova məxsus 2 baş, Eynulla Ağayevə məxsus 3 baş və Babasoltan Orucova məxsus 1 baş iribuynuzlu heyvanı oğurlayanlar, əvvəllər məhkum olunmuş Sabirabad rayon sakini Bəxtiyar Ələsgərov və Sahil qəsəbə sakini Arzu Xankişiyev iyulun 26-da Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşları tərəfindən tutulub. Araşdırmalar nəticəsində məlum olub ki, onlar iyulun 25-də Ələt qəsəbə sakinləri Mətləb Bağıyevə məxsus 1 baş, Hacıəli Gözəlova məxsus 1 baş, Məmməd Qurbanova məxsus 3 baş, Çingiz Qurbanova məxsus 1 baş və Hüseyn Məlikova məxsus 2 baş iribuynuzlu heyvanı da oğurlayıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.

Asan yolla pul qazanmaq istəyirdilər, daha da çətinə düşdülər.

Tofiq Əliyev

O.M.