Bakıda dəhşət! 23 yaşlı cavanın boğazını kəsdilər!

Bakıda dəhşət! 23 yaşlı cavanın boğazını kəsdilər!

7 Dekabr 2015 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Sabunçu rayonunda dəhşətli cinayət hadisəsi baş verib. Hadisə rayonun Muxtarov qəsəbəsi, Bedniy küçəsində yerləşən yeni tikilidə baş verib. 1992-ci il təvəllüdlü Azad Rəcəbli naməlum şəxs tərəfindən əvvəlcə qarın nahiyyəsindən bıçaqlanıb. Həmin şəxs daha sonra Azad Rəcəblinin boynunu da kəsib. O, ağır xəsarətlə 3 saylı şəhər xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün Azad Rəcəblinin həyatını xilas etmək mümkün olub. O, hazırda xəstəxananın reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti ağır olduğundan dindirmək mümkün deyil. 23 yaşlı oğlanın kimin tərəfindən və hansı səbəbdən bıçaqlandığı məlum deyil. Hazırda polis əməkdaşları cinayəti törədən şəxsin və ya şəxslərin müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat tədbirləri keçirir. Faktla bağlı cinayət işi başlanıb. (teleqraf)

Mediainfo.az