Evə basqın edən maskalılar tutuldu
Göyçay şəhərində yaşayış evinə basqın edənlər zərərsizləşdirilib.
Məlumata görə, Fərzalı Hacıyevin evinə girmiş 3 maskalı şəxs arvadı Rəxşəndəni və oğlu Fərhadı döyüb, bıçaqla hədələyib oradan 100 manat və qızıl əşyalar aparıb.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş Bərdə rayon sakini Səxavət Mehdiyevin idarə etdiyi "Opel" markalı avtomobil Qobustan rayonu ərazisində YPXA-nın əməkdaşları tərəfindən saxlanılıb.
S.Mehdiyev və sərnişini, Şərur rayon sakini Orxan İsmayılov Rayon Polis Şöbəsinə təhvil veriliblər.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların hadisəni Tərtər rayon sakini Emin Əliyev və Bakı şəhər sakini Eltac Şəmiyevlə birgə törətmələri müəyyən edilib.
Mediainfo.az
Digər xəbərlər






























































































