Narkotik qaçaqmalçılığı ilə məşğul olan şəbəkə aşkarlanıb

Narkotik qaçaqmalçılığı ilə məşğul olan şəbəkə aşkarlanıb

26 İyul 2011 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

"Fars" xəbər agentliyinin verdiyi məlumata görə, İran Daxili İşlər Nazirliyinin (DİN) narkotiklərlə mübarizə bölməsi əməkdaşlarının Qərbi Azərbaycan vilayətində keçirdikləri əməliyyat zamanı narkotik qaçaqmalçılığı ilə məşğul olan şəbəkə ifşa olunub. İran DİN-in narkotiklərlə mübarizə idarəsinin rəhbəri Kərim Əkbəri deyib ki, əməliyyat zamanı ümumilikdə 11 qaçaqmalçı - 9 kişi və 2 qadın - saxlanılıb. Əməliyyat zamanı 87 kiloqram narkotik maddə ələ keçirilib. Şəbəkənin Əfqanıstan mənşəli narkotikləri İrandan qonşu ölkələr, o cümlədən Azərbaycan vasitəsilə, Rusiya və Qərb istiqamətinə daşıdıqları bildirilir.

Camaatın həyatını zəhərləyənlərin öz həyatları zəhər oldu.

Tofiq Əliyev

O.M.