Polis mayorundan külli miqdarda narkotik götürülüb
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Qazax rayon Polis Şöbəsinin Daşsalahlı Polis Bölməsinin təhqiqatçısı işləmiş polis mayoru Mirzəyev Rafayel Kamandar oğlundan və onunla birlikdə olan Astara rayonunun Sərək kənd sakini Abdullayev Vahid İzzət oğlundan 4 kiloqram 125 qram həşiş qətranı götürülüb. Toplanmış materiallar aidiyyatı üzrə istintaq aparılması üçün prokurorluq orqanına göndərilib.
Qanun keşikçisi özü qanunu pozdu.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər