Oğurluqda şübhəli bilinən iki qadın saxlanılıb

Oğurluqda şübhəli bilinən iki qadın saxlanılıb

26 İyul 2011 12:24
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncədə oğurluqda şübhəli bilinən iki qadın tutulub. Gəncə şəhər sakini, Tağı Arani küçəsi, ev 9-da yaşayan Tofiq Qazıyev Kəpəz rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək evindən pul və əşyaların oğurlanması haqda məlumat verib. Məlum olub ki, naməlum şəxslər mənzilinin qapısından açar seçmə yolu ilə mənzilə daxil olaraq 5 min manat , 2750 ABŞ dolları və Tofiq Qazıyevin qızına məxsus təxminən 3 min manat dəyərində cehizlik əşyaları oğurlayıblar. Polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki, mənzildən oğurluq edən şəxslər ev sahibinin qızı Gülay Qazıyevanın rəfiqələri - 1991-ci il təvəllüdlü Turanə Əhmədova və Aygül Kakajanovadır. Onlar saxlanılıb, faktla bağlı araşdırma aparılır.

İncə məxluqlar kobud əməl törətdilər.

Tofiq Əliyev

O.M.