Həmyerlimiz Ukraynada qanlı insident törədib
Ukraynanın Xarkov vilayətində yerləşən kafelərdən birində qanlı insident baş verib. 38 yaşlı azərbaycanlı kafelərdən birində yerli sakini kürəyindən bıçaqlayaraq hadisə yerindən uşaqlaşıb. Lakin buna baxmayaraq o milis işçiləri tərəfindən yaxalanıb. Sorğu zamanı həmyerlimiz qardaşının qətlinə görə qisas almaq istədiyini bildirib. "O deyib ki, yaralının qardaşı nə vaxtsa onun doğma qardaşını öldürüb və hazırda həbsxanada cəzasını çəkir. Bu səbəbdən də onu şəxsən cəzalandırmaq imkanı olmayıb. Qafqaz ənənəsinə görə isə qana görə intiqamı həmin şəxsin yaxınlarından almaq olar. Bu səbəbdən həbsxanada yatan cinayətkarın qardaşı hədəfə tuş gəlib. Və tanışlar kafedə təsadüfən rastlaşdıqları zaman azərbaycanlı intiqam almağa cəhd göstərib", - deyə hüquq-mühafizə orqanlarından bildiriblər. Hazırda zərərçəkən xəstəxanaya, qisasçı isə müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib. İndi həmyerlimizi 15 ilədək həbs cəzası gözləyir.
Qanı qanla yumaq istədi.
Tofiq Əliyev
O.M.