Dünyanın sülhsevər ölkəsi olan Norveçi qarışdıran cani

Dünyanın sülhsevər ölkəsi olan Norveçi qarışdıran cani

26 İyul 2011 11:50
Bəyəndim (0) Bəyənmədim (0)
İlk məhkəmə iclası dünən baş tutdu

Ötən həftə Norveçi qana bulayan, sırf xristian olan Anders B.Breivik dünən məhkəmə qarşısına çıxarıldı. Hər iki hücumun təşkilatçısı olduğunu etiraf edən, lakin bunu cinayət kimi qəbul etməyən 32 yaşlı gələcək məhkum ölkəsini İslama və Marsizmə qarşı qorumaq istədiyini açıqladı. Məhkəmə iştirakçılarından alınan məlumata görə, cani soyuqqanlılığını qoruyub saxlamışdı. O, ömrünün qalan hissəsini zindanda keçirməyə hazır olduğunu qeyd edib. Ayrıca o, özündən başqa təşkilatında daha iki nəfərin də olduğunu vurğulayıb. Onun bu sözlərindən sonra bu yöndə də araşdırmalara başlanılıb. Oslo Məhkəməsi Breivikin tutulmasına qərar çıxarıb. Onun nəzarət altında tutulması 4 həftədən 8 həftəyə qədər uzadılıb. Bu müddət ərzində terrorçu heç kimlə əlaqəyə girməyəcək, ziyarətçisi olmayacaq, məktub yazıb-almayacaq. Televizor və radio da ona yasaqlanacaq. 76 (dəqiq hesablamalar bu rəqəmi göstərir) nəfərin ölümündə günahlandırılan Breivik məhkəməsinin xalqa və jurnalistlərə açıq olmasını tələb etmişdi. Vəkili Lippestad da onu dəstəkləmiş, bu minvalla cani nəyə görə belə bir əmələ qol qoyduğunu xalqa açıqlayacaqdı. Üstəlik, vəkil bu halda onun uniforma geyinməsini tələb etmişdi. Daha öncə bütün məhkəmə iclaslarının TV-də yayımlanması, xalqa açıq olması ilə qürur duyan Norveç məhkəmələri bu dəfə bütün qapılarını hər kəsin üzünə bağladı. Səbəb isə Breivikin ifadələri ilə xalqın simpatiyasını toplamaq niyyəti oldu.

Tanrının yaratdığı canı yalnız Tanrı ala bilər. Əks halda bu ən böyük cinayət və günahdır.

Günel Həbib

O.M.