“Ulduz-S” MMC-nin direktoru axtarışa verilib! - FOTO

“Ulduz-S” MMC-nin direktoru axtarışa verilib! - FOTO

13 Noyabr 2015 13:01
Bəyəndim (0) Bəyənmədim (0)
Əməliyyat-axtarış tədbirləri davam etdirilir

Azərbaycanda tikinti şirkətinin rəhbəri barəsində axtarış elan olunub.

"Ulduz-S" MMC-nin direktoru Elçin Yaqub oğlu Babayev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. Bakı şəhərinin Xətai rayon Polis İdarəsi bu ilin sentyabr ayından onun barəsində axtarış elan edib.

Hazırda E. Babayevin yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mediainfo.az