Külli miqdarda dələduzluq edən şəxsin məhkəməsi başlayıb

Külli miqdarda dələduzluq edən şəxsin məhkəməsi başlayıb

11 Noyabr 2015 15:03
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Pərviz Yusifovun cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası başlayıb.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı noyabrın 19-na təyin edilib.

Qeyd edək ki, P.Yusifov Rasim və Mehman Məmmədovun etibarını qazanaraq, onlardan birlikdə 80 min manat pul alıb. O, həmin şəxslərdən aldığı pulları qaytaracağını vəd etsə də, sözünə əməl etməyib.

P.Yusifov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Mediainfo.az