Norveçi qana buladı: 91 nəfər öldü
Norveçdə hökumət binasına edilən basqının və Utoya adasında gənclərin məruz qaldığı silahlı hücumun məsulu tutuldu. 32 yaşlı radikal sağçı Anders Behrinq Breyvikin uzun müddətdir hücum planları hazırladığı ortaya çıxdı. Məlum oldu ki, bir neçə halda onun hücumu nəticəsiz qalıbmış. Ölkənin Ədliyyə naziri Knut Storberget hər iki hadisənin arxasında bir və ya bir neçə insanın dayandığını öyrənmək üçün araşdırmaların davam etdiyini vurğulayıb. Xatırladaq ki, hökumət binasına polis uniforması ilə girən cinayətkar 91 nəfərin ölməsinə səbəb olub.
Terrorizm dünyanın ən böyük bəlasıdır. Etiraf edim ki, bəzən işdə də müdiriyyət adamı terror edir, canından bezdirir...
Günel Həbib
O.M.
Digər xəbərlər