Bakıda mənzildən külli miqdarda oğurluq

Bakıda mənzildən külli miqdarda oğurluq

10 Noyabr 2015 15:41
Bəyəndim (0) Bəyənmədim (0)

Hadisənin kim tərəfindən törədilməsi məlum deyil

Bakıda mənzildən külli miqdarda pul və bahalı saat oğurlanıb. Məlumata görə, hadisə Yasamal rayonu, İzmir küçəsi ev 5A, mənzil 32-də baş verib. Həmin mənzildə yaşayan 1969-cu il təvəllüdlü Namazov İsa Qəmbər oğlu polisə mürəciət edərək bildirib ki, evdən 10 min manat, 19 min dollar və dəyəri 40 min dollar olan "A.Long-söhne" markalı qol saatı oğurlanıb.

Şikayətçi əlavə edib ki, noyabrın 6-dan 7-si günortayadək evdə olmayıb və oğurluq da həmin vaxt ərzində törədilib.

Müraciət əsasında araşdırma aparılır.

Mediainfo.az