Damarlarını doğrayıb, canına qıydı

Damarlarını doğrayıb, canına qıydı

23 İyul 2011 15:43
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 198 ünvanda yaşayan, 1940-cı il təvəllüdlü Əmir Təhməzov yaşadığı binanın bağçasında hər iki qolunu doğrayıb. Vena damarları kəsildiyindən o, çoxlu qan itkisindən dünyasını dəyişib. Özünəqəsdin səbəbləri məlum deyil. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Könül Aypara