Şirvanda baş verən qətllə bağlı istintaqa cəlb edilənlər var

Şirvanda baş verən qətllə bağlı istintaqa cəlb edilənlər var

6 Noyabr 2015 17:18
Bəyəndim (0) Bəyənmədim (0)

Şirvan şəhərində baş verən silahlı insidentlə bağlı bir neçə nəfər istintaqa cəlb edilib.

apa-nın Mil-Muğan bürosunun məlumatına görə, ötən gecə saat 23.00 radələrində Şirvan şəhərinin mərkəzi prospektdə yerləşən kafedə, kriminal aləmin üzvlərinin mübahisəsi zəminində baş verən silahlı insidentlə bağlı 4 nəfərin istintaq tərəfindən dindirildiyi bildirilir.

İstintaqa cəlb olunanlardan ikisinin adları məlumdur. Onlar Şirvan şəhər sakinləri S.Ə.Şirvani küçəsi, ev 29 ünvanında yaşayan 1989-cu il təvəllüdlü Hüseynov Abdulla Rasim oğlu (bir müddət əvvəl Samur keçid məntəqəsində saxlanılıb) və 1985-ci il təvəllüdlü Salmanov Tural Baloğlan oğludur.

Digər iki şəxsin isə adları açıqlanmır.

Verilən məlumata görə, silahlı insidentdə ölən Elvin Nəziyev digər insident qurbanı olan Zaur Sarıbalayevə atəş açaraq qətlə yetirib. Şirvan sakini Abdulla Hüseynov isə "Makarov" tipli tapançadan atəş açaraq Elvin Nəziyevi öldürüb.

Faktla bağlı Şirvan şəhər Prokurorluğunda araşdırmalar davam edir.

Mediainfo.az