Qusarda taksi sürücüsünü bıçaqladılar

Qusarda taksi sürücüsünü bıçaqladılar

3 Noyabr 2015 15:47
Bəyəndim (0) Bəyənmədim (0)

Qusar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, noyabrın 2-də Qusar rayonunun Balaqusar kənd sakini İskəndər Hacıyev polis şöbəsinə müraciət edərək bildirib ki, noyabrın 1-də idarə etdiyi "VAZ-2106" markalı avtomobilə sərnişin qismində oturmuş naməlum şəxs Aşağı-Ləyər kəndinə gedəcəyini deyib. Mənzil başına çatdıqda aralarında ödənişlə əlaqədar baş vermiş mübahisə zəminində həmin şəxs onu bıçaqlayaraq hadisə yerini tərk edib.

İ.Hacıyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Qusar rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakini Saşa Muradov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az

Mediainfo.az