Restoranlardan oğuruq edən yaxalanıb

Restoranlardan oğuruq edən yaxalanıb

3 Noyabr 2015 12:04
Bəyəndim (0) Bəyənmədim (0)

Səbail rayon 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 2-ə keçən gecə Bakı şəhər sakini, Qədim Süleymanova məxsus, A.Zeynallı küçəsində yerləşən restorandan açar seçmə yolu ilə 1450 manat dəyərində spirtli içkilər oğurlanıb.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 1991-ci il təvəllüdlü Kamran Məmmədov və 1994-cü il təvəllüdlü Məhəmməd Əliyev tutulub. Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az