Soyğunçuluqla məşğul olanlar tutulub

Soyğunçuluqla məşğul olanlar tutulub

2 Noyabr 2015 16:23
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabrın 31-də Z.Həsənovdan soyğunçuluq yolu ilə alınmış avtomobil Nardaranda tapılıb.

DİN saytının məlumatına görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də Zahir Həsənovdan soyğunçuluq yolu ilə alınmış "Opel" markalı avtomobil Nardaranda aşkar olunub. Hadisənin Bakı şəhər sakini Ceyhun Mütəllimzadə tərəfindən törədilməsi də müəyyən edilib.

Bundan başqa, eyni tarixdə Suraxanı RPİ 30-cu PB və Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ramil Voloşina məxsus mobil telefonu soyğunçuluq yolu ilə almış Bakı şəhər sakinləri Qadir Mirzəyev və Elnur Süleymanov tutulub.

Mediainfo.az