Beyləqanda müəllimə küt alətlə öldürülüb

Beyləqanda müəllimə küt alətlə öldürülüb

2 Noyabr 2015 14:50
Bəyəndim (0) Bəyənmədim (0)

DİN Beyləqanda baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

Nazirliyin saytının verdiyi məlumata görə, noyabrın 1-də Natiq Quliyevin evinə girmiş naməlum şəxs ona və arvadı Səbahətə küt alətlə xəsarət yetirib hadisə yerini tərk edib. Səbahət hadisə yerində ölüb, N.Quliyev isə xəstəxanaya yerləşdirilib.

Beyləqan rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Qeyd edək ki, S. Quliyeva fizika müəlliməsidir.

Mediainfo.az