Belorusiyadan Bakıya qonaq gələn qadını tovuzlu Kənan zorlamaq istədi

Belorusiyadan Bakıya qonaq gələn qadını tovuzlu Kənan zorlamaq istədi

2 Noyabr 2015 13:26
Bəyəndim (0) Bəyənmədim (0)

Belarusdan Azərbaycana qonaq gələn gənc qadın Bakıda zorlanmaqdan son anda xilas edilib. Qadını manyakın əlindən Bakı polisi alıb.

Səbayel Rayon Polis İdarəsindən (RPİ) virtualaz.org saytına verilən məlumata görə, 39-cu polis bölməsinin əməkdaşları Belarus vətəndaşı, 1985-ci il təvəllüdlü İnna Henrixovna Tarenozunu zorlamağa çalışan manyakı saxlayıblar.

Hadisə noyabrın 1-də saat 23:40 radələrində Rəsul Rza küçəsi, 16 saylı binada baş verib. Naməlum şəxs İnna Tarenozuya hücum edib, onu döyməyə başlayıb. Cinayətkar qadının sırğalarını qoparıb. Sonra qadının telefonunu əlindən alaraq bir kənara atıb. Daha sonra onun boğazından yapışaraq binanın zirzəmisinə tərəf sürüməyə başlayıb.

Qadının köməyinə gələn polis əməkdaşları binanın zirzəmisinə daxil olaraq onu manyakın əlindən alıblar.

Saxlanılan manyakın şəxsiyyəti də bəlli olub. Bu, Tovuz rayon sakini, 1995-ci il təvəllüdlü Kənan İsmayıl oğlu Məmmədovdur. K.Məmmədov cinayəti tərədən vaxt sərxoş olub.

Zorakılığa məruz qalan turist qadına isə 3 saylı təcili yardım xəstəxanasında tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az