"Qaya" Mətbuat yayımının itkin düşmüş əməkdaşının meyiti tapılıb

"Qaya" Mətbuat yayımının itkin düşmüş əməkdaşının meyiti tapılıb

30 Oktyabr 2015 12:45
Bəyəndim (0) Bəyənmədim (0)
DİN açıqlama verdi

Daxili İşlər Nazirliyi "Qaya" Mətbuat Yayımının marketinq şöbəsinin müdir müavini Fuad Hadıyevin ölümü ilə bağlı məlumat yayıb.

Oktyabrın 29-da paytaxtın Nizami rayonunun E.Süleymanov küçəsində inşası başa çatmamış tikilinin lift şaxtasında sentyabrın 20-dən itkin düşmüş Fuad Hadıyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda F. Hadıyevin itkin düşməsi barədə məlumat yayılıb. Aparılan araşdırmalardan sonra məlum olub ki, gecə vaxtı quyuya düşən F. Hadıyev oradan çıxa bilməyib.

Mediainfo.az