Qadın müştərilərini qətlə yetirən manyak taksi sürücüsü həbs olunub

Qadın müştərilərini qətlə yetirən manyak taksi sürücüsü həbs olunub

29 Oktyabr 2015 13:56
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanin Novosibirsk şəhərində 4 qətl törətdiyini etiraf edən 39 yaşlı yerli sakin saxlanılıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

Bundan əvvəl dəfələrlə mühakimə olunan taksi sürücüsünün qurbanları əsasən qadınlar olub.

31 yaşlı birinci qurbanın cəsədi 2015-ci ilin iyulunda Novosibirsk əyalətinin Moşkovsk rayonunda tapılıb. 3 aydan sonra isə 28 yaşlı digər qurban Kalininsk rayonunda aşkarlanıb.

Aparılan ekspertiza nəticəsində cinayətkarın kimliyi müəyyənləşib.

Hazırda işlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. (apa)

Mediainfo.az