Qadın onu hədələyib pul tələb edən sevgilisi barədə polisə müraciət etdi

Qadın onu hədələyib pul tələb edən sevgilisi barədə polisə müraciət etdi

28 Oktyabr 2015 13:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda yaşayan Ağcabədi rayon sakinləri olan sevgililərin mübahisəsi bıçaqlı hədələmə ilə nəticələnib.

Musavat.com xəbər verir ki, 31 yaşlı Şəbnəm Alışova Ağcabədi polis şöbəsinə müraciət edib.

O, şikayətində bildirib ki, Bakıda Alatava yaşayış massivində onunla birgə yaşayan tanışı 1980-cı il təvəllüdlü Ayaz Paşayev onu bıçaqla hədələyərək, 1000 manat tələb edib.

Ayaz Paşayevlə Şəbnəm Alışovanın sevgili olduqları və bir müddətdir ki, birlikdə yaşadıqları bildirilir.

Şikayət Yasamal rayon polis idarəsinə göndərilib.

Mediainfo.az