Mənzildən oğurluq edənlər tutulub

Mənzildən oğurluq edənlər tutulub

27 Oktyabr 2015 14:57
Bəyəndim (0) Bəyənmədim (0)

Daşkəsəndə mənzildən oğurluq edən şəxslər tutulub.

DİN saytının verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də Pərvanə Novruzovanın evindən 4 ədəd televizor, 2 ədəd qədim samovar, boş seyf və digər məişət əşyaları oğurlamış Gəncə şəhər sakinləri Rufan Məhərrəmov, Sultan Əliyev və qardaşı Emin tutulub.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün Məhəmmədəli Novruzova məxsus evdən 2 ədəd televizor, soyuducu, əntiq əşyalar və digər məişət əşyaları oğurladığı da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az