Bakıda polis güllələnib!

Bakıda polis güllələnib!

26 Oktyabr 2015 10:19
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisənin bəzi detalları məlum olub

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməliyyatçısı, polis baş leytenantı İltifat Bayramov bir neçə polis əməkdaşı ilə birgə xidmətdə olarkən naməlum şəxs onlara tapançadan bir neçə dəfə atəş açıb. Güllələrdən biri İ. Bayramova dəyib. Yaralı Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni tərədən Yevgeni Antonov tutulub. Ondan hadisədə istifadə etdiyi "Naqan" tipli tapança götürülüb. Faktla bağlı Xətai Rayon Prokurorlu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

***

saat 10.08

Oktyabrın 25-dən 26-na keçən gecə Xətai rayonu ərazisində Xətai Rayon Polis İdarəsinin əməliyyatçısı güllələnib. Polis zabiti xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşının adı açıqlanmasa da, hadisəni törədən şəxsin artıq tutulduğu bildirilib. İnsidentin motivi də hələlik açıqlanmır. (apa)

Mediainfo.az