
Lənkəranda keçmiş məhbus qətl törədib
Lənkəranda iki dəfə məhkum olunmuş şəxs qətl törədib. Hadisə rayonun Girdəni kəndində saat 20.00 radələrində baş verib.
Kənd sakini Abduılayev Müşfiq Məzahir oğlu tanışı Havzava kənd sakini Əsgərov Zahir Fərman oğlunu bir neçə bıçaq zərbəsi yetirməklə qətlə yetirib.
Stadion ərazisində baş vermiş münaqişədən sonra qətli törədən şəxs polisə təslim olub. Cinayətin motivləri barədə hələlik heç bir məlumat verilmir. Meyit Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. (report)
Mediainfo.az
Digər xəbərlər