Sabunçu sakini bıçaqlandı

Sabunçu sakini bıçaqlandı

20 Oktyabr 2015 14:51
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Pirşağı qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Məftun İmamquliyev bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayəti törətməkdə şübhəli bilinən Şuşa şəhər sakini, 1988-ci il təvəllüdlü Sənani Əhmədov tutulub.

Mediainfo.az