
Gürcüstanda qətl törədən Azərbaycanda tutulub
Gürcüstanda adam öldürdüyünə görə axtarış verilən şəxs Azərbaycanda tutulub.
Daxili İşlər Nazirliyi saytının verdiyi məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Gürcüstan vətəndaşı Nəbi Xubanov tutulub.
Mediainfo.az
Digər xəbərlər